Xəbərlər

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 21 fevral tarixində Sumqayıt şəhərində seminar keçirilib.

Maliyyə Elm-Tədris Mərkəzində Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

Maliyyə Elm-Tədris Mərkəzində Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə t

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, tarixinin 50-ci ildönümü ilə əlaqədar olaraq daha  bir ödənişsiz təlim layihəsinə start vermək qərarına gəlmişdir.

Layihə haqqında ətraflı məlumat:

Namizədlərdən test və müsahibə əsasında 5 mühasib seçilərək  3 ay ərzində ödənişsiz olaraq təlim keçmək imkanı əldə edəcəklər.

Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

100 illiyin Mühasibi – ödənişsiz tədris-təcrübə layihəsi!

100 illiyin Mühasibi – ödənişsiz tədris-təcrübə layihəsi!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla  2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə qoşulmaq məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və muhasibat.az saytı “100 illiyin Mühasibi” layihəsini ərsəyə gətirmişlər.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2018-ci il 26 yanvar tarixli müvafiq əmri ilə  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2018-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.

Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilmişdir

Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Tələbə gənclərin peşəkar inkişafına dəstək” layihəsinə start verilmişdir

28 dekabr 2017 - ci il tarixində Maliyyə Elm-Tədris Mərkəzində İlin yekunları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə cari il ərzində görülmüş işlər və növbəti ildə nəzərdə tutulmuş layihələr haqqında müzakirələr aparılmışdır.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edlmişdir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edlmişdir

2017-ci il 24 dekabr tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçirilmişdir.

 Suallar iqtisadi nəzəriyyə, dövlət maliyyəsi, vergilər və mühasibat uçotunu əhatə edməklə 50 test tapşırığından ibarət olmuşdur.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edir.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bilik yarışması təşkil edir.

2017-ci il 24 dekabr tarixində ödənişsiz təlimə qeydiyyatdan keçmiş şəxslər üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Maliyyə və mühasibatlıq" üzrə bilik yarışması keçiriləcəkdir. Suallar iqtisadi nəzəriyyə, dövlət maliyyəsi, vergilər və mühasibat uçotunu əhatə edəcəkdir.

Qaliblər müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.

Maliyyə Elm-Tədris Mərkəzi tələbələr üçün ödənişsiz təqaüd proqramı elan edir

Maliyyə Elm-Tədris Mərkəzi tələbələr üçün ödənişsiz təqaüd proqramı elan edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin BAKALAVR və MAGİSTR pilləsində təhsil alan TƏLƏBƏLƏRİN nəzərinə!

Maliyyə Elm-Tədris Mərkəzi hər zaman ənənəsinə sadiq qalaraq respublikamızda mühasibat uçotunun inkişafına dəstək məqsədi ilə “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” fənni üzrə təqaüd proqramı elan edir.

Təlimdə iştirak etmək istəyən tələbələrin 2017-ci il 25 dekabr tarixinədək qeydiyyatdan keçmələri tələb olunur.

"Beynəlxalq Mühasiblər Günü" ilə bağlı tədbir keçirilmişdir

"Beynəlxalq Mühasiblər Günü" ilə bağlı tədbir keçirilmişdir

10 noyabr 2017-ci il tarixində "Beynəlxalq Mühasiblər Günü" münasibəti ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasında mühasibat uçotunun tətbiqinin mövcud vəziyyəti və insan kapitalı amili" mövzusunda seminar təşkil edilmişdir.

Syndicate content