Azərbaycan Respublikası Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start vermişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start vermişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasibat uçotu sahəsində mötəbər beynəlxalq institutların təcrübəsi əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış tədris proqramları əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2012-ci ilin sentyabr ayından başlayaraq təlimlər keçirilir.
“Maliyyə uçotu”, “Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikasının Qanunvericliyinin və vergilərin rolu” və “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” mövzuları üzrə keçirilən təlimlərdə 1 000 nəfərdən çox müvafiq mütəxəssis iştirak etmişdir.
Nazirliyin təsdiq etdiyi qrafikə uyğun olaraq, regionlarda da bu təlimlərin keçirilməsinə başlanılmışdır. Təlimlərin regionlarda davamı olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə, 2013-cü il 03 iyun tarixində Naxçıvan Muxtar Respublikasında yerli mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də onlara praktiki köməklik göstərilməsi məqsədilə təlimlərə start verilmişdir.
Təlimlərin açılışında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Dünya Bankının nümayəndələri iştirak etmişlər.