Maliyyə Nazirliyi büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün uçüncü səviyyə fənni üzrə imtahan təşkil etmişdir

Maliyyə Nazirliyi büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün uçüncü səviyyə fənni üzrə imtahan təşkil etmişdir

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində büdcə təşkilatlarının mühasibatlıq işçilərinin üçüncü səviyyə üzrə növbəti qruplarının təlimləri başa çatmışdır.
12 iyun 2013-cü il tarixində təlim iştirakçıları “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” fənnindən imtahan vermişlər.
İmtahan yazılı formada olmaqla 5 tapşırıqdan ibarət olmuşdur.
Bu səviyyə üzrə təlimlər davam etdirilir.