Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə regional təlimləri davam etdirir

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə regional təlimləri davam etdirir

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 2013- cü il 13 may tarixində Xaçmaz və Oğuz rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” üzrə təlimlərə start vermişdir. 2 həftə ərzində keçirilən təlimlərdə həmin rayonların dövlət büdcəsindən maliyyələşən təşkilatlarının mühasibatlıq işçiləri iştirak edirlər.
Bu təlimlər bütün regionlar üzrə davam etdiriləcəkdir.