Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start vermişdir

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start vermişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilmişdir. İlk regional təlimin 01 aprel 2013-cü il tarixindən Maliyyə Nazirliyinin Saatlı Rayonu üzrə Maliyyə İdarəsində, həmin rayonun büdcə təşkilatlarının baş mühasibləri üçün keçirilməsinə başlanılmışdır.
İl ərzində respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təş¬ki-latçılığı ilə keçirilir.