Maliyyə Nazirliyi regionlarda “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimləri davam etdirir

Maliyyə Nazirliyi regionlarda “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimləri davam etdirir

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin beynəlxalq mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə 2013- cü il 21 oktyabr tarixində Gəncə və Yevlax səhərlərində, eyni zamanda Şəmkir və İmişli rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2 həftə ərzində keçirilən təlimlərdə həmin rayonların(şəhərlərin), dövlət büdcəsindən maliyyələşən təşkilatlarının, mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də praktiki köməklik göstərilməsi təmin ediləcəkdir.
Bu təlimlər artıq 12 rayon(şəhər) üzrə keçirilmiş və bütün regionlarda davam etdiriləcəkdir.