Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrlə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 15-24 oktyabr tarixlərində “Xəzinə əməliyyatlarının təşkili və aparılması” mövzusunda təlim keçirilmişdir.
Təlim müddətində dinləyicilərə “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində müqavilələrin işlədilməsi və təsdiqi”, “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində Uzunmüddətli və Qısamüddətli öhdəliklərin işlənməsi və təsdiqi”, “Dövlət büdcəsinin büdcə və büdcədənkənar gəlir və xərclərinin proqnoz göstəricilərinin sistemə işlənməsi, aylar üzrə faiz bölgüsünün və illik kassa planlaşdırılmasının aparılması”, “Maliyyələşmənin (kassa limitlərinin) sistemə işlənməsi, təsdiq edilməsi və Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin hesabatlarından istifadə edilməsi”, ”Dövlət gəlirlərinin icrası, Büdcədənkənar fondların, depozit və tapşırıqlar üzrə əməliyyatların Xəzinə Hesab kitablarında aparılması və uçota alınması”, “Xəzinıdarlığın İdarəedilməsinin İnformasiya Sistemində gündəlik bank əməliyyatlarının uçota alınması”, “Xəzinədarlığın İnformasiya İdarəetmə portalının funksional quruluşu barədə” və s. mövzularda mühazirələr oxunmuşdur.