Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq “Nazirliyin yerli bölmələrinin, regional(zona) orqanlarının rəhbərləri üçün” Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 17-21 noyabr 2014-cü il tarixlərində “Maliyyə Nazirliyi sistemində kargüzarlığın təşkili və aparılması” mövzüsunda təlim keçirilmişdir.
Təlim müddətində dinləyicilərə kargüzarlıq haqqında anlayış-ümumi müddəalar, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi qaydaları, sənədlərin kompüter üsulu ilə hazırlanması və sənədlərə əlavələrin edilməsi qaydaları, kargüzarlığın tətbiqi zamanı kompyuter texnologiyasının tətbiqi, sərəncamların və əmrlərin hazırlanması və tərtib edilməsi qaydaları, protokolların hazırlanması və tərtib edilməsi qaydaları, arayışların və məlumat vərəqələrinin hazırlanması, tərtib edilməsi, aktın hazırlanması və tərtib edilməsi qaydaları, xidməti məktubların və təhriri məruzələrin yazılması qaydaları, məktub, teleqram və telefonoqramların hazırlanması və tərtib edilməsi qaydaları, sənədlərin dövriyyəsinin təşkili, qeydə alınması və göndərilməsi qaydaları, sənədlərin icrasına nəzarətin təşkili qaydaları, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları və s. mövzularda mühazirələr oxunmuşdur.