Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 26-31 oktyabr tarixində rayon(şəhər) üzrə maliyyə idarələrindən(şöbələrindən) və xəzinədarlıq idarələrindən dəvət edilmiş dinləyicilər üçün  «Xəzinə əməliyyatlarının təşkili və aparılması» mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilmişdir.

Tədrisdə dinləyicilər qarşısında “Dövlət büdcəsinin əsas baza göstəriciləri haqqında məlumat, büdcə və büdcədənkənar gəlir və xərclərin proqnoz göstəricilərinin sistemə işlənməsi, aylar üzrə faiz bölgüsünün və illik kassa planlaşdırılmasının aparılması”, “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində qısamüddətli öhdəliklərin işlənilməsi və təsdiqi”, “Büdcədənkənar fondların, depozit və tapşırıqlar üzrə əməliyyatların Xəzinə Hesab Kitablarında aparılması”, “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində gündəlik bank əməliyyatlarının uçota alınması”, “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin mahiyyəti, tətbiqi və inkişafı barədə”, “Dövlət qulluğu və kadr  məsələləri. Dövlət qulluqçularının etik davranış qaydaları” və digər mövzularda mühazirələr oxunmuşdur.

Tədrisin yekununda keçirilən imtahanda dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılmışdır.

Tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilmişdir.