Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 12-13 may tarixlərində  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aidiyyəti işçilər üçün "Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili”, “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” mövzuları üzrə növbəti regional təlimlər keçirilmişdir.

Təlim müddətində dinləyicilərə " Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili", "Dövlət qulluqçularının etik davranış qaydaları", "Yerli gəlir və xərclərin proqnozunun tərtibi zamanı baş kredit sərəncamçıları ilə maliyyə orqanlarının birgə fəaliyyəti, gəlir və xərclərin, həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının rüblük bölgüsü ilə bağlı yerli maliyyə orqanlarında görülən işlər barədə", "Dövlət gəlirlərinin, vergilərinin proqnozlaşdırılmasının metodologiyası", "Dövlət büdcəsinin neft və qeyri-neft daxilolmalarının proqnozlaşdırılması və dövlət büdcəsi gəlirlərinin icrasının təhlili" və digər mövzularda mühazirələr oxunmuş, dinləyəciləri maraqlandıran suallar cavablandırılmışdır.