Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 06 - 07 oktyabr tarixlərində Şəki və Şamaxı şəhərlərində Şəki, Şamaxı, Qəbələ, Qax, Balakən, Zaqatala, Oğuz, Qobustan, Ağsu, Göyçay, İsmayıllı rayonları (şəhərləri) üzrə "Yerli xərclərdən maliyyələşən büdcə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda regional təlimlər keçirilmişdir.
Təlimdə mühasibat uçotunun təşkili zamanı mühasiblərin qarşılaşdıqları problemlər müzakirə olunmuş və onlara maliyyə hesabatlarınının hazırlanmasında praktiki köməklik göstərilmişdir.