Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 27 - 28 oktyabr tarixlərində Siyəzən şəhərində Siyəzən, Xızı, Xaçmaz, Quba, Qusar və Şabran rayonları (şəhərləri) üzrə Maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti mütəxəssisləri üçün “Xəzinə əməliyyatlarının təşkili, aparılması və dövlət büdcəsinin uçotu və hesabatı” mövzusunda regional təlimlər təşkil edilmişdir.
Təlimdə xəzinə əməliyyatlarının təşkili zamanı mütəxəssislərin qarşılaşdıqları problemlər müzakirə olunmuş, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin “Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı” və SAP ERP proqram təminatı haqqında təqdimat keçirilmişdir.