“Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim keçirilmişdir

“Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair  2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planına uyğun olaraq 2017-ci il, 18-19 may tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Nazirliyinin aparatının, onun strukturuna daxil olan dövlət agentlik və xidmətlərinin dövlət qulluqçularına, yerli bölmələrinin rəhbər işçilərinə “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədə Nazirlik qarşısında duran vəzifələr, “Dövlət qulluqçularının etik davranış Qaydaları”nın tətbiqi məsələləri, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ayrı-ayrı halların təhlili, maraqların toqquşmasının qarşısının alınması mövzularında müzakirələr aparılmışdır.

Təlimdə təlimçi qismində Nazirliyin aparatının Hüquq şöbəsinin və İnsan resurslarının idarə edilməsi şöbəsinin məsul şəxsləri iştirak etmişlər.