Maliyyə Elm-Tədris Mərkəzi ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir

Maliyyə Elm-Tədris Mərkəzi ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunu əhatə edən ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir.
           Müsabiqənin şərtləri:
- Məqalələr maksimum 12 min işarədən ibarət olmalıdır;
- Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan və ya rus dilində ola bilər;
- Müsabiqədə təhsilindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər;
- Hər bir iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər;
- Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc edilməməlidir.
Layihə iştirakçılarının təqdim etdiyi məqalələr Maliyyə Elm-Tədris Mərkəzinin Təşkilat Komitəsi tərəfindən qiymətləndiriləcək.
Üç yer üzrə qaliblərə Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək imkanı yaradılacaq:
1-ci yerin qalibi – 500 manat məbləğində təlim paketi;
2-ci yerin qalibi – 300 manat məbləğində təlim paketi;
3-cü yerin qalibi - 200 manat məbləğində təlim paketi.
Müsabiqə 1 aprel - 1 may tarixlərini əhatə edir.
Müsabiqə iştirakçıları öz məqalələrini yuxarıda qeyd olunan şərtlərə müvafiq olaraq tərtib etməli və elektron variantını 01 may 2018-ci il tarixinədək www.kulieva.gyulnara@mail.ru ünvanına göndərməlidirlər.