Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

10 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub. Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.