Maliyyə Savadlılığı layihəsi üzrə növbəti təlimlər keçirilmişdir

Maliyyə Savadlılığı layihəsi üzrə növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “Maliyyə Savadlılığı” layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə  əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil edilmişdir.
Cari ilin 28 fevral - 1 mart tarixləində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün Maliyyə Elm-Tədris Mərkəzində keçirilən təlimdə  “Milli pul nişanlarımız və mühafizə elementləri”, “Rəqəmsal ödənişlər”, “Sığorta fəaliyyəti”, “Kredit skorinqi” və “Ailə mühasibatlığı” mövzularında mühazirələr oxunmuşdur.
Təlimin yekunlarına əsasən iştirakçılara müvafiq sertifikatlar verilmişdir.