Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilmişdir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə  təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq, yerli maliyyə orqanlarının “Büdcə proqnozu üzrə mütəxəssislər”i üçün “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” üzrə mütəxəssislər üçün 13-17 may 2019-cu il tarixində nöbəti təlimlər keçirilmişdir. Təlim müdətində dinləyicilərə “Dövlət qulluğu keçmə ilə bağlı məsələlər”, “Büdcə-vergi siyasətinin istiqamətləri və vergi qanunvericiliyi”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Vergi siyasəti və onun dövlət büdcəsi gəlirlərinə təsiri”, “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması”, “Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər”, həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar mövzular üzrə mühazirələr oxunulmuşdur.
Təlimlərin yekunlarına əsasın dinləyicilərə şəhadətnamələr təqdim olunmuşdur.