Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

03 iyul 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən,  Mərkəzin 2019-cu ilin birinci yarımilliyi üzrə fəaliyyəti, tədris plan-qrafikinin icra vəziyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.
Bunlarla yanaşı, iclasda Mərkəzin əməkdaşlarının təsdiq olunmuş mövzular üzrə elmi araşdırmalarından ibarət məqalələr toplusu təqdim olunmuş, Mərkəz tərəfindən yerinə yetirilən təlim və xidmətlərin qüvvədə olan qiymətlərinin tənzimlənməsi və digər cari məsələlərə də baxılmışdır.
Müzakirəyə çıxarılan məsələlər Elmi Şura üzvləri tərəfindən dəstəklənərək qəbul edilmiş və Mərkəzin gələcək inkişafı və fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.