Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasib Günü ilə əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 10 noyabr Beynəlxalq Mühasib Günü ilə əlaqədar olaraq “KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin xüsusiyyətləri” mövzusunda müsabiqə elan edir.

Test və yazılı şəkildə təşkil ediləcək müsabiqənin nəticəsi üzrə qaliblərə Təşkilat Komitəsi tərəfindən üç mükafat (Mərkəz tərəfindən təşkil olunan təlimlərdə əvəzsiz olaraq iştirak etmək üçün I yer alan iştirakçı üçün - 500 /beş yüz/ manat məbləğində təlim paketi; II yer üçün - 300 /üç yüz/ manat məbləğində təlim paketi; III yer üçün isə - 200 /iki yüz/ manat məbləğində təlim paketi) və Mərkəzin “Sertifikatı”nın verilməsi nəzərdə tutulmuşdur.

İştirak üçün 25 oktyabr 2019-cu il tarixinədək tedrismaliyye@gmail.com elektron ünvanında qeydiyyatdan keçmək tələb edilir (Əlaqə nömrəsi – (012) 404-81-59).

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.