Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün təlimləri davam etdirir

Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün təlimləri davam etdirir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təcrübəsi əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış Sertifikasiya modeli əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təlimləri davam etdirilir.
“Maliyyə uçotu”, “Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikasının Qanunvericliyinin və vergilərin rolu” və “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” mövzuları üzrə keçirilən təlimlərdə 1500 nəfərə qədər müvafiq mütəxəssis iştirak etmişdir.