Isa Süleymanlı

AR Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Maliyyə Şöbəsi, Şöbə rəisinin muavini

 METM ilə tanışlığım 2012-ci ilin yay aylarından ilk dəfə Maliyyə uçotu fənni üzrə kursa dəvət alarkən başlayıb. İlk təəssüratlarımdan onu deyə bilərəm ki, hər şey mənim gözlədiyimdən daha yüksək səviyyədə oldu. Belə ki, Mərkəzin rəhbəri Elman muəllimin və işçilərinin ilk gündən bizə səmimi isti münasibət göstərməsi bizim daha da rahat fikirlərimizi bölüşməyimiz, ünsiyyət qurmağımız üçün şərait yaradırdı. Burada müxtəlif qurumların fərqli iş prinsipləri olsa da mühasiblərin bir arada təlimlərda iş¬tirak etməsi şəxsən mənim üçün yaxşı mənada təcrübə mübadiləsi oldu. Yeni standartlara keçilməsi ila əlaqədar bu kurslar demək olar ki, hamımız üçün yeni kompleks ya¬naşmanı tələb edirdi. Markəz fəaliyyətində kəmiyyət deyil, keyfiyyət prinsipi əsas götürdüyünü hər addımında hiss olunurdu. Fəaliyyət istiqaməti tadris olan qurumlarda bu xüsiyyət məncə nadirdir