Xəbərlər

04.06.2013

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasibat uçotu sahəsində mötəbər beynəlxalq institutların təcrübəsi əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış tədris proqramları əsasında dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2012-ci ilin sentyabr ayından başlayaraq təlimlər keçirilir.

14.05.2013

Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 2013- cü il 13 may tarixində Xaçmaz və Oğuz rayonlarında “Beynəlxalq mühasibat uçotunun əsasları” üzrə təlimlərə start vermişdir. 

05.04.2013

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sek¬tor-la¬rında Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində büdcə təşkilatlarının mühasibatlıq işçilərinin üçüncü səviyyə üzrə ilkin qruplarının təlimləri başa çatmışdır. 03 aprel 2013-cü il tarixində təlim iştirakçıları “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” fənnindən imtahan vermişlər.

02.04.2013

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq beynəlxalq mühasibat uçotunun əsasları mövzusunda regional təlimlərə start verilmişdir. İlk regional təlimin 01 aprel 2013-cü il tarixindən Maliyyə Nazirliyinin Saatlı Rayonu üzrə Maliyyə İdarəsində, həmin rayonun büdcə təşkilatlarının baş mühasibləri üçün keçirilməsinə başlanılmışdır.

14.02.2013

Siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədi ilə, həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2013-cü il 13 fevral tarixində seminar praktikum təşkil edilmişdir. İlk seminar praktikumda 13 siyasi partiyadan 16 nəfər nümayəndə iştirak edir. Seminar 15 fevral tarixinə qədər davam edəcəkdir.