Xəbərlər

21.01.2013

Azərbaycan Respublikasında mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” mövzusunda təlimlərin üçüncü mərhələsinə start verilmişdir. 

29.12.2012

 28 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir. 

24.12.2012

 Dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində cari ilin sentyabr ayından başlanılan təlimlərin ilkin mərhələsi yekunlaşmışdır.

26.11.2012

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası" təsdiq edilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün 3 gün ərzində treninq keçiriləcəkdir.