Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.
Ölkədə bu sahədə aparılan islahatların ilkin mərhələlərinin uğurla inkişaf etdirilməsi, mühasibat uçotu subyektlərinin müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə fasiləsiz tədris prosesinin təşkili xüsusi əhəmiyyət kəsb edir.