Xəbərlər

04.07.2019

03 iyul 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən,  Mərkəzin 2019-cu ilin birinci yarımilliyi üzrə fəaliyyəti, tədris plan-qrafikinin icra vəziyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.

25.06.2019

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 18.06.2019-cu il tarixində Şəmkir,19.06.2019-cu il tarixində isə Gəncə şəhərlərində seminarlar keçirilib.

25.06.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrin rəhbər işçiləri, mütəxəssisləri və kadr işinin aparılmasına məsul şəxslər” üçün

20.05.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə  təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq, yerli maliyyə orqanlarının “Büdcə proqnozu üzrə mütəxəssislər”i üçün “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” üzrə mütəxəssislər üçün 13-17 may 2019-cu il tarixində nöbəti təlimlər keçirilmişdir.

09.05.2019

8 may 2019-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.