Xəbərlər

06.06.2018

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayır.

21.05.2018

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2018-ci il 18 may tarixində Naxçıvan Muxtar Respublikasında seminar keçirilib.

11.05.2018

10 may 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

10.05.2018

2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunda ən yaxşı elmi məqalələr müsabiqəsinin qaliblərinin  mükafatlandırılması keçirilib

09.04.2018

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunu əhatə edən ən yaxşı elmi məqalələrin müsabiqəsini elan edir.