Xəbərlər

15.01.2017

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Beləki,  Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanıb.

23.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 17 - 18 noyabr tarixlərində Yevlax  və Gəncə şəhərlərində Gəncə, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Goranboy, Ağdam, Bərdə, Tərtər, Samux, Naftalan, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları (şəhərləri) üzrə "Yerli xərclərdən maliyyələşən büdcə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda regional təlimlər keçirilmişdir.

03.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 27 - 28 oktyabr tarixlərində Siyəzən şəhərində Siyəzən, Xızı, Xaçmaz, Quba, Qusar və Şabran rayonları (şəhərləri) üzrə Maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti mütəxəssisləri üçün “Xəzinə əməliyyatlarının təşkili, aparılması və dövlət büdcəsinin uçotu və hesabatı” mövzusunda regional təlimlər təşkil edilmişdir.

03.11.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 25-27 oktyabr 2016-cı il tarixlərində mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarının aidiyyəti mütəxəssisləri üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlər təşkil edilmişdir.

12.10.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 06 - 07 oktyabr tarixlərində Şəki və Şamaxı şəhərlərində Şəki, Şamaxı, Qəbələ, Qax, Balakən, Zaqatala, Oğuz, Qobustan, Ağsu, Göyçay, İsmayıllı rayonları (şəhərləri) üzrə "Yerli xərclərdən maliyyələşən büdcə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların baş mühasibləri” üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda regional təlimlər keçirilmişdir.