Xəbərlər

14.10.2017

2017-ci il 12 oktyabr tarixində Maliyyə Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik iş planına uyğun olaraq Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin aidiyyəti əməkdaşları üçün təlim keçirilmişdir.

09.10.2017

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin əsas strateji hədəflərindən biri  Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsidir.

08.10.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 4 oktyabr tarixində Siyəzən şəhərində Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Xızı rayonları (şəhərləri) üzrə maliyyə idarələrinin (şöbələrinin) aidiyyəti işçiləri üçün“Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili, Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər” mövzusunda regional təlim keçirilmişdir.

08.10.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 5 oktyabr tarixində Xaçmaz şəhərində Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Xızı rayonları (şəhərləri) üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda regional təlimlər keçirilmişdir.

05.09.2017

Tədbir zamanı Beynəlxalq və Milli mühasibat uçotunun faydaları haqqında geniş məlumat əldə etmək fürsəti qazanacaq, respublikamızda fəaliyyət göstərən peşəkar mühasiblərlə görüşəcək və sizi maraqlandıran sualları ünvanlandırmaq imkanı əldə edəcəksiniz.