Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir

Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 25-27 noyabr tarixində Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir.

Təlim müddətində dinləyicilər qarşısında "Dövlət qulluğu və kadr məsələləri", "Dövlət qulluqçularının etik davranış qaydaları", "Açıq Hökumətin təşviqinə və Korrupsiyaya dair Milli Fəaliyyət Planlarının icrası üzrə Maliyyə Nazirliyində həyata keçirilən tədbirlər barədə" və digər mövzularda mühazirələr oxunmuşdur.

Bununla yanaşı hər bir dinləyici təmsil etdiyi struktur bölmənin fəaliyyət istiqaməti haqqında məlumat təqdim etmiş və bununla bağlı fikir mübadiləsi aparılmışdır.