Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu üzrə növbəti imtahan keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu üzrə növbəti imtahan keçirilmişdir.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində,  2015-ci ilin oktyabr ayından başlayaraq, Təhsil Nazirliyinin müraciətinə əsasən, onların  tabeliyində olan təşkilatların baş mühasib və mühasiblərinə "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" üzrə təlim keçirilmişdir.

Təlim müddətində dinləyicilərə təsdiq olunmuş tədris proqramına uyğun olaraq, beynəlxalq mühasibat uçotunun əsasları, maliyyə hesabatlarının hazırlanması üçün nəzəri və praktiki vərdişlər tədris olunmuşdur.

19 yanvar 2016-cı il tarixində  təlimin yekunlarına dair imtahan keçirilmiş və  dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılmışdır.

Müvəffəqyyət qazanmış dinləyicilərə müvafiq sertifikat təqdim ediləcəkdir.