Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi "Xəzinə əməliyyatları" mövzusundə regional təlim keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi "Xəzinə əməliyyatları" mövzusundə regional təlim keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 19-21 aprel tarixlərində  Qax və Yevlax şəhərlərində Qax, Zaqatala, Balakən, Oğuz, Yevlax, Mingəçevir, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Zərdab və Ağdaş rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Xəzinə əməliyyatları" üzrə təlim keçirilmişdir.  
Təlim müddətində dinləyicilərə "Dövlət büdcəsinin əsas baza göstəriciləri haqqında məlumat, büdcə və büdcədənkənar gəlir və xərclərin proqnoz göstəricilərinin sistemə işlənməsi, aylar üzrə faiz bölgüsünün və illik kassa planlaşdırılmasının aparılması", "Maliyyələşmələrin (kassa limitlərinin) sistemə işlənməsi, təsdiq edilməsi və Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin hesabatlarından istifadə olunması", "Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində qısamüddətli öhdəliklərin işlənilməsi və təsdiqi", " Xəzinədarlığın İnformasiya İdarəetmə portalının funksional quruluşu barədə" və digər mövzularda mühazirələr oxunmuş, praktiki məsələlər həll edilmişdir.