Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi mühasibat uçotu üzrə növbəti təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi mühasibat uçotu üzrə növbəti təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 25-27 oktyabr 2016-cı il tarixlərində mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarının aidiyyəti mütəxəssisləri üçün “Büdcə təşkilatlarında beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlər təşkil edilmişdir.

Təlim zamanı mühasibat uçotunun təşkili zamanı mühasiblərin qarşılaşdıqları problemlər müzakirə olunmuş və onlara maliyyə hesabatlarınının hazırlanmasında praktiki köməklik göstərilmişdir.