Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

09 fevral 2017-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən,   Mərkəzin 2016-cı ilin yekunları üzrə fəaliyyəti müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir. Bunlarla yanaşı iclasda Elmi Şuranın 2017-ci il üçün iş planının təsdiqi, cari ildə Mərkəzdə yerinə yetirələk elmi araşdırmaların mövzularının təsdiqi və digər cari məsələlərə də baxılmışdır. Müzakirəyə çıxarılan məsələlər Elmi Şura üzvləri tərəfindən dəstəklənərək qəbul edilmiş və Mərkəzin gələcək inkişafı ilə bağlı təkliflər səsləndirilmişdir.