Mühasib xanımlara ödənişsiz təlim paketi hədiyyə edilib

Mühasib xanımlara ödənişsiz təlim paketi hədiyyə edilib

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi 8 Mart Qadınlar günü ərəfəsində mühasib xanımlara bayram hədiyyəsi edib.

"Mühasibat uçotu və vergilər" qrupu ilə birgə seçilmiş mühasib xanımların bir qrupuna kitablar, mühasibatlıq sahəsində gələcək karyeralarını qurmaq istəyən bir qrup xanıma isə  "Maliyyə uçotu" üzrə ödənişsiz təlim paketi hədiyyə edilib.

Bu tipli tədbirlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən respublikamızda mühasibat uçotu sahəsində maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq silsilə tədbirlər təşkil edilir.