Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi növbəti regional təlimlər təşkil etmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2017-ci il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2017-ci il 25 - 26 may tarixlərində Lənkəran və Masallı şəhərlərində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonları (şəhərləri) üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıq işçiləri üçün “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” mövzusunda regional təlimlər keçirilmişdir.
Təlimdə mühasibat uçotunun təşkili zamanı mühasiblərin qarşılaşdıqları problemlər müzakirə olunmuş və onlara maliyyə hesabatlarınının hazırlanmasında praktiki köməklik göstərilmişdir.