Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, tarixinin 50-ci ildönümü ilə əlaqədar olaraq daha  bir ödənişsiz təlim layihəsinə start vermək qərarına gəlmişdir.

Layihə haqqında ətraflı məlumat:

Namizədlərdən test və müsahibə əsasında 5 mühasib seçilərək  3 ay ərzində ödənişsiz olaraq təlim keçmək imkanı əldə edəcəklər.

Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Göstərdikləri nəticələrindən asılı olaraq, layihə iştirakçıları əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyə ediləcəkdir.

Layihə 01.03.18 – 01.06.18 tarixləri ərzində baş tutacaqdır.

 

İştirakçılara dair tələblər:

Ali və ya orta ixtisas təhsilli şəxslər, tələbələr

Komandada işləmək bacarığı;

İntizamlılıq və məsuliyyətlilik;

Bu sosial layihə haqqında daha çox insanı məlumatlandırmaq üçün postu paylaşmalı və 3 nəfər dostunu işarələməli (tag).

 

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən özləri haqqında məlumatı 19 fevral 2018-ci il tarixinə qədər tedrismaliyye@gmail.com elektron ünvanlarına göndərmələri xahiş olunur. Mövzu yerinə “50 illik” qeyd etməyi unutmayın.

 

Əlaqə vasitələri:

Telefon: +994124048159;

E-mail: tedrismaliyye@gmail.com

Web: www.tedris-maliyye.gov.az