Maliyyə Elm-Tədris Mərkəzində Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

Maliyyə Elm-Tədris Mərkəzində Kiçik və Orta Sahibkarlıq Subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlim təşkil ediləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.
     Qeyd olunan tədbir üzrə əsas icraçı qurum Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunduğundan 2018-ci il ərzində bu istiqamətdə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılmışdır.
     Bu məqsədlə Maliyyə Elm-Tədris Mərkəzində “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda növbəti təlim 2018-ci il 22 fevral tarixində təşkil ediləcəkdir.
     İştirak üçün qeydiyyatdan keçməyiniz tələb olunur.
     Son qeydiyyat tarixi: 21 fevral 2018-ci il.
     E-mail: metm2002@gmail.com.
     Əlaqə telefonu: +994 12 4048159.