Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilmiş “Müasir Azərbaycan iqtisadiyyatı” mövzusunda ən yaxşı elmi məqalələr müsabiqəsinin qaliblərinin  mükafatlandırılması keçirilib: 
Birinci yerin sahibi -  Mirəli Həsənzadə, “Azərbaycanda kiçik sahibkarlığın inkişafı yolları” adlı məqaləsinə görə 500 (beş yüz) manat məbləğində təlim paketi ilə;
İkinci yerin sahibi -  Pərvin Rəhimov, “Müasir Azərbaycan iqtisadiyyatı” adlı məqaləsinə görə 300 (üç yüz) manat məbləğndə təlim paketi ilə;
Üçüncü yerin sahibi -  Nigar Eminova, “Müasir Azərbaycan iqtisadiyyatı” adlı məqaləsinə görə 200 (iki yüz) manat məbləğində təlim paketi ilə;
Üçüncü yerin sahibi -  Nailə Məmmədova, “Müasir Azərbaycan iqtisadi inkişafın zirvəsinə doğru” adlı məqaləsinə görə 200 (iki yüz) manat məbləğində təlim paketi ilə mükafatlandırılmışlar.
Müsabiqənin digər iştirakçıları isə Maliyyə Elm-Tədris Mərkəzinin “Təşəkkürnaməsi” ilə təltif edilibdir.