Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda növbəti təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda növbəti təlimlər keçirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Maliyyə Elm-Tədris Mərkəzində Tədrisin keçirilməsi üçün 2019-cu il 18 yanvar İ-17 nömrəli əmri ilə təsdiq edilmiş plan-qrafikə uyğun olaraq Maliyyə Elm-Tədris Mərkəzində “Nazirliyin yerli bölmələrinin, regional (zona) orqanlarının rəhbərləri” üçün “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması” mövzusunda 15-19 aprel tarixində təlimlər keçirilmişdir. Təlim müddəti ərzində dinləyicilərə “Dövlət qulluğu keçmə ilə bağlı məsələlər”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Vergi siyasəti və onun dövlət büdcəsi gəlirlərinə təsiri”, “Müasir şəraitdə dövlət büdcəsinin səmərəli idarə olunması”, “Mühasibat uçotunda dəyişikliklər”,“Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdən irəli gələn məsələlər” və digər mövzularda mühazirələr oxunulmuşdur.Təlimlərin nəticəsi olaraq, dinləyicilərə serifikatlar təqdim olunmuşdur.