Xəbərlər

06.04.2023

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Maliyyə Elm-Tədris Mərkəzində 2023-cü il üzrə tədrisin keçirilməsi üçün plan-qrafikə uyğun olaraq aprelin 5-də rayon-şəhər üzrə maliyyə idarələrinin rəhbərləri üçün təlimlərə başlanılıb. 

08.02.2021

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

08.02.2021

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2021-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Maliyyə Nazirliyinin 2021-ci il 28 yanvar tarixli müvafiq əmri ilə  Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2021-ci il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.