Xəbərlər

03.04.2019

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 28.03.2019-cu il tarixində Quba, 02.04.2019-cu il tarixində isə Lənkəran şəhərlərində seminarlar keçirilib.

11.03.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “Maliyyə Savadlılığı” layihəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə  əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil edilmişdir.
 

11.03.2019

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2019-cu il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2019-cu il 18 yanvar tarixli müvafiq əmri ilə  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2019-cu il üçün tədris plan-qrafiki təsdiq edilmişdir.