Xəbərlər

14.06.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 09-10 iyun tarixlərində Gəncə və Tovuz şəhərlərinda Gəncə, Goranboy, Daşkəsən, Samux, Göygöl, Kəlbəcər, Xocalı, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili” və “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” mövzuları üzrə növbəti regional təlimlər keçirilmişdir. 

16.05.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 12-13 may tarixlərində  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aidiyyəti işçilər üçün "Dövlət qulluğu haqqında qanunvericilik sistemi və kadr işinin təşkili”, “Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti” və “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” mövzuları üzrə növbəti regional təlimlər keçirilmişdir.

22.04.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 19-21 aprel tarixlərində  Qax və Yevlax şəhərlərində Qax, Zaqatala, Balakən, Oğuz, Yevlax, Mingəçevir, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Zərdab və Ağdaş rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Xəzinə əməliyyatları" üzrə təlim keçirilmişdir.