Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Maliyyə Nazirliyinin aparatının, onun strukturuna daxil olan dövlət xidmət və agentliklərinin, Nazirliyin yerli bölmələrinin və tabeliyində olan digər qurumların və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin işçilərinin peşə hazırlığınının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirir.
Eyni zamanda dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri və peşəkarlıq dərəcəsinin artırılması üçün təlimlər təşkil edir və müvafiq tədris vəsaitləri hazırlayır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən maliyyələşdirilən Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçiləri ödənişsiz olaraq təlimlərə cəlb edilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərdə, filial, nümayəndəliklərdə, hüquqi şəxs yaratmayan birliklərdə, qeyri-hökumət təşkilatlarında, habelə digər sahələrdə çalışan mühasiblərin Kommersiya və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları və Beynəlxalq Maliyyə Hesabatı Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün, eləcə də fiziki şəxslər üçün ödənişli əsaslarla müxtəlif fənnlər üzrə təlimlər təşkil edilir.
Copyright 2023 METM. Created By Onneks Lab