Maliyyə Elm-Tədris Mərkəzi

Uzun tarixi yol

Bu gün maliyyə vəsaitlərinin, xüsusilə də dövlət maliyyəsinin proqnozlaşdırılması, icrası və istifadəsinə nəzarət eləcə də beynəlxalq və milli mühasibat uçotu standartlarının tədrisi sahəsində Azərbaycanın təlim xidmətləri bazarında aparıcı rola malik olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzi (METM) uzun bir tarixi yol keçmişdir.

SSRİ Maliyyə Nazirliyinin “Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında” 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır.

Müstəqil Azərbaycan

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu” “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırmışdır.”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında METM yaradılmışdır.

Yenilənmə

Respublikamızda mühasibat uçotu sistemində aparılan islahatların davamı kimi 2011- ci ildən Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında sazişə uyğun olaraq, Korporativ və Büdcə Sektorlarında Hesabatlıq layihəsi (KBSHL) çərçivəsində METM-in təşkilat strukturu, maddi texniki bazası yenidən qurulmuş, fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlər ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılmışdır.

Image

Faliyyət istiqamətləri

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirir;
  • dovlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkulatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında müasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdə çalışan mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • maliyyə və mühasibat sahələrinin inkişafına dair elmi tədqiqatlar aparır;
  • maliyyə və mühasibat işçilərinin kadr siyasətinə dair təkliflər işləyib hazırlayır;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Keyfiyyət

METM fəaliyyət müddəti ərzində təqdim etdiyi xidmətin keyfiyyətini ön plana çəkərək, yüksək peşəkar təlimçilərlə işləməyə üstünlük vermişdir.

Bu gün yüksək peşəkar təlimçilər komandası ilə işləyən METM maliyyə idarəetməsi, beynəlxalq və milli mühasibat uçotu sahəsində kurs və sertifikasiya proqramları, eləcə də xüsusi sifarişlər üzrə hazırlanan mövzular üzrə təlimlər təşkil edir.

Beynəlxalq əməkdaşlığı özünün prioritet istiqamətlərindən hesab edərək METM 2002-2014-ci illər ərzində bir sıra beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqələr qurmuşdur.

00 +

Təlim iştirakçısı

00 +

Aktiv kurs

00 +

Sertifikatlaşdırma

00 +

İllik uğurlu fəaliyyət

Rəylər

METM-in xidmətlərindən faydalanan şəxslərin bizimlə bağlı təəssüratları.

Copyright 2023 METM. Created By Onneks Lab