Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir
19 fevral 2020-ci il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə əsasən, Mərkəzin 2019-cu il üzrə fəaliyyəti, Elmi Şuranın 2020-ci il üçün iş planının, tədris plan-qrafikinin, 2020-cil il ərzində təşkil olunacaq təlimlər üzrə tədris proqramlarının təsdiqi məsələləri müzakirə edilmiş, şöbələrin hesabatları dinlənilmişdir.