Kəmalə Nəsibova

AR Ekologiya və Təbii Sərvətlər Naziriliyi Maliyyə-Təsərrüfat şöbəsi, məsləhətçi

İştirak etdiyim təlimlərdə görülmüş işin keyfiyyətini həm texniki, həm də tədris nöqteyi-nəzərdən yüksək qiymətləndirirəm. Belə ki, Maliyyə Naziriliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi kurs üçün çox yaxşı ab-hava yaradılmasına müvəffəq olmuşdur: təcrübəli təlimçilər, müasir avadanlıqla təchiz edilmiş tedris otağı. Həmçinin təlimlər çox fəal şəkildə keçirilirdi, təlimçi və hər bir dinləyici arasında incə bir kontakt qurulurdu. Ümumilikdə təlimdə iştirak edən dinləyicilərə münasibətdən razı qalmamaq mümkün deyil. Dinləyicilərin bilik səviyyəsinin qiymətləndirilməsində müasir metoddan istifadə olun¬ması xüsusilə təqdirəlayiqdir. Təlimlərin təşkilində və aparılmasında birge əməyi olan şəxslərə, Maliyyə Nazirii¬yi yanında Maliyyə-Elm Tədris Mərkəzinin əməkdaşlarına, Dünya Bankının nümayəndələrinə, təlimçilərə, zəhməti olan digər şəxslərə xüsusi təşəkkürümü bildirirəm. Qazandığım biliklərin karyeramın gələcək inkişafında böyük rolu olacağına əminəm.