Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir

28 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir.
Maliyyə Nazirliyinin, dövlət orqanlarının və Dünya Bankının nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində cari ilin sentyabr ayından başlanılan təlimlərin ilkin mərhələsinin nəticələri müzakirə edilmişdir.
“Maliyyə uçotu” fənni üzrə keçirilmiş imtahanların nəticələrinə görə ən yüksək bal toplamış şəxslərə müxtəlif xatirə hədiyyələri təqdim edilmişdir.