Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 24 sentyabr-03 oktyabr 2014-cü il tarixlərində “Dövlət gəlirləri, vergilərin proqnozlaşdırılması və iqtisadi təhlili” mövzüsunda təlim keçirilmişdir.
Təlim müddətində dinləyicilərə vergi siyasətinin mahiyyəti və əhəmiyyəti, respublikanın rayon( şəhər) maliyyə orqanları tərəfindən gəlirlər proqnozunun tərtibi qaydaları, yerli maliyyə orqanları tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının və dövlət rüsumunun qaytarılması qaydaları, qeyri-vergi gəlirlərinin formalaşması və iqtisadi təhlili, vergi sistemi, vergilərin tətbiqi və vergi qanunvericiliyi, “ Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi, dövlət büdcəsinə dair qəbul edilən normativ hüquqi aktlar və onların tətbiqi məsələləri, dövlət büdcəsinin gəlirlərinin icrasının təhlili, dövlət büdcəsi layihəsinin tərtibi prosesi və s. mövzularda mühazirələr oxunmuşdur.