Xəbərlər

22.04.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-cı il üçün tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2016-cı il 19-21 aprel tarixlərində  Qax və Yevlax şəhərlərində Qax, Zaqatala, Balakən, Oğuz, Yevlax, Mingəçevir, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Zərdab və Ağdaş rayon(şəhər) üzrə maliyyə idarələrinin(şöbələrinin) aidiyyəti işçiləri üçün "Xəzinə əməliyyatları" üzrə təlim keçirilmişdir.  

17.02.2016

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2016-cı il üçün tədris plan-qrafiki təsdiq edilmişdir. 

19.01.2016

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində,  2015-ci ilin oktyabr ayından başlayaraq, Təhsil Nazirliyinin müraciətinə əsasən, onların  tabeliyində olan təşkilatların baş mühasib və mühasiblərinə "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları" üzrə təlim keçirilmişdir.

30.11.2015

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 25-27 noyabr tarixində Maliyyə Nazirliyi sisteminə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə qəbul edilmiş şəxslər üçün təlim təşkil edilmişdir.

02.11.2015

Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2015-ci il 26-31 oktyabr tarixində rayon(şəhər) üzrə maliyyə idarələrindən(şöbələrindən) və xəzinədarlıq idarələrindən dəvət edilmiş dinləyicilər üçün  «Xəzinə əməliyyatlarının təşkili və aparılması» mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilmişdir.