Xəbərlər

29.10.2015

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə təlimləri davam etdirir.

10.02.2015

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2015-ci il 03 fevral tarixli müvafiq əmri ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin 2015-ci il ərzində tədris sahəsindəki fəaliyyətini tənzimləmək məqsədilə tədris plan-qrafiki təsdiq olunmuşdur. 

17.12.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 01-10 dekabr 2014-cü il tarixlərində “Regional maliyyə müfəttiş¬lik¬lərinin rəisləri” və rayon( şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) “Büdcə proqnozu” üzrə mütəxəssislərinə təlimlər keçirilmişdir.

27.11.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ixtisasartırma, stajkeçmə və kadrların əlavə təkmilləşdirilməsi istiqaməti üzrə əlavə təhsil fəaliyyətinə lisenziya verilmişdir.

22.11.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq “Nazirliyin yerli bölmələrinin, regional(zona) orqanlarının rəhbərləri üçün” Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 17-21 noyabr 2014-cü il tarixlərində “Maliyyə Nazirliyi sistemində kargüzarlığın təşkili və aparılması” mövzüsunda təlim keçirilmişdir.